2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 306,9 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.
FED.az xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 43,9%-i və ya 134,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.