Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 32 pillə yüksəlib.
Qeyd edək ki, ötən il isə Azərbaycan əvvəlki ilə nisbətən 8 pillə irəliləyərək 57-ci yerdə qərarlaşmışdı.
Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda ən yaxşı göstərici Gürcüstana məxsusdur. Belə ki, qonşu ölkə “Doing Business-2018” hesabatında 6-cı yerdə qərarlaşıb. Bununla yanaşı, Ermənistan 41-ci, Rusiya 31-ci, Qazaxıstan 28-ci, Türkiyə 43-cü, Ukrayna isə 71-ci yerə layiq görülüb.