Maliyyə

Azərbaycan buğda idxalını - 7% ARTIRIB

Azərbaycan buğda idxalını - 7% ARTIRIB | FED.az
12:27 16 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 130,2 mln. ABŞ dolları təşkil edən 576,5 min ton buğda idxal edilib.

FED.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycana idxal olunan buğdanın dəyəri 35,4 mln dollar və ya 37,3%, həcmi isə 37,7 min ton və ya 7% artıb.
Eləcə də bax:Ən çox ixrac və idxal etdiyimiz mallar

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında buğdanın ümumi idxaldakı payı 1,86% təşkil edib.

Digər xəbərlər

Banner