2022-ci ildə dövlət büdcəsinə toplanan vergi və gömrük yığımlarının proqnozdan artıq olması imkan verib ki, büdcəyə Neft Fondundan daha az vəsait köçürülsün.
2022-ci ildə dövlət büdcəsinin – GƏLİR VƏ XƏRCLƏRİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ötən il büdcəyə neft sektorundan daxil olmalar Neft-qaz sektoru üzrə daxilolmaları isə 15381,7 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 mln. manat (1,0 faiz) az olub.
Bunun 7 459 mln. manatı vergi xidməti tərəfindən toplanan vəsaitlər olub. Bu da proqnoza nisbətən 3 439 mln. manat və ya 85,5 faiz artıqdır.
Neft sektorundan yığılan vergilərin nəzərdə tutulandan az qala 3,5 milyard manat artıq olması imkan verib ki, Neft Fondundan büdcəyə köçürülən məbləğə qənaət edilsin.
Belə ki, 2022-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnoza görə 11 milyard 518 mln. manat köçürülməsi nəzərdə tutulsa da, ona qarşı cəmi 7 milyard 923 mln. manat köçürülüb.
Başqa sözlə 2022-ci ilin büdcə hesablaşmalarında Neft Fondunun 3 milyaprd 595 mln. Manatına qənaət edilib.