Neft qiymətlərinin yüksəlməsi ilə əlaqədar Azərbaycan büdcəsində gəlirlərin əhəmiyyətli artımı qeydə alınır.
Eləcə də bax: Azərbaycanda bahalaşmanın əsas səbəbi xaricdən gələn mallara görədir - NAZİR MÜAVİNİ
FED.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu tendensiya ilin sonunadək qalacaq.
"Biz inflyasiya ilə bağlı müəyyən proqnozlar veririk, amma onun artımı idxalla əlaqədardır. Dövlət Vergi Xidmətinin keçirdiyi islahatlarla əlaqədar biz ümumi daxili məhsulun nominal artımını gözləyirik. Eyni zamanda, əminəm ki, Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini yeni kassa aparatları ilə təchiz edəcək. Bunun icrası gələcəkdə sahibkarlığın təşviqi üçün yeni alətlərin yaranmasına xidmət edəcək", - nazir müavini bildirib. (Trend)