Azərbaycanın dövlət büdcəsində yaranmış artıqlıq – profisit may ayında təqribən iki dəfə azalıb.
FED.az xəbər verir ki, 2021-ci ilin yanvar-may aylarında
dövlət büdcəsinin gəlirləri 9 milyard 732,2 milyon manat, büdcənin xərcləri isə 9 milyad 366,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 7,5%, büdcənin xərcləri isə 0,3% azdır.
Nəticədə büdcədə 368,9 milyon manat profisit yaranıb.
Bununla yanaşı qeyd edək ki, bir ay əvvəl büdcədə profisit daha byöyük idi – yanvar-aprel aylarının nəicəsi olaraq büdcədə 706,6 milyon manat profisit yaranmışdı.
Amma may ayında bu rəqəm təqribən 336 milyon manat azalaraq 369 milyon manata düşüb.
Ümumiyyətlə, ilin əvvəlindən indiyədək büdcə profisiti 3 dəfə azalıb. Belə ki, ilin əvvəlində dövlət büdcəsində 1 744 milyon manat proəisit vardı. Yanvar ayının sonunda bu göstərici 10 89 milyon manata, fevralda 560 milyon manata, martda 213 milyon manata, aprel ayının sonunda 707 milyon manata, nəhayət mayın sonunda 369 milyon manata bərabər olub.