Bu ilin I rübündə Azərbaycan xalis maliyyə aktivləri 524,4 milyon ABŞ dolları məbləğində artırıb.
Azərbaycanın tədiyyə balansında bu il 326 milyon dollarlıq qalıq yaranıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 106,2 milyon ABŞ dolları artması (68,45% az), portfel investisiyalarının 76,2 milyon dollar artması (1 il bundan əvvəl azalma olub), digər investisiyaların isə 342 milyon dollar artması (74,4% az) təmin edib.(report)