04-05 dekabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyət) təşkilatının ölkəmizdə işgüzar səfərdə olan komplayens eksperti Steven Palstermans ilə görüşü keçirilib.
Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var
FED.az xəbər verir ki, ABA-nın yaydığı məlumatda bildirilir ki. görüş çərçivəsində SWIFT-in “Transaction Screening” (TSS), “Payment Control Service” (PCS), “KYC Registry” və digər əlaqəli xidmətləri barədə ekspertlər ilə müzakirələr aparılmışdır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.