"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.
Eləcə də bax: "Visa" və "Mastercard" kartları Rusiya daxilində işləyəcək - Rusiya Mərkəzi Bankı
FED.az xəbər verir ki, artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb. (Apa)