Azərbaycan bankları kifayət qədər yaxşı göstəricilərə malikdir və gələn il onların beynəlxalq qiymətləndirilməsi aparılacaq.
Eləcə də bax: ABA-nın gələcək 5 ildə strateji hədəfi - Rəqəmsal Ekosisteminin İnkişafıdır
FED.az xəbər verir ki, bunu "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən "AccessBank"ın hüquq və komplayens üzrə icraçı direktoru Əfqan Baxışov deyib.
Onun sözlərinə görə, banklar buna kifayət qədər ciddi yanaşırlar, tələblərə əməl edirlər və bu qiymətləndirmədən uğurla keçəcəklər.
"Bu, həm dövlət üçün vacibdir, həm də kommersiya qurumları olaraq banklar üçün də kifayət qədər önəmli bir məsələdir", - deyə Ə. Baxışov qeyd edib. (Apa)