2022-ci ildə Azərbaycan banklarının əmək haqlarına sərf elədiyi vəsaitlər 24,5% artaraq 732,6 milyon manata yüksəlib.
Azərbaycanda əməkhaqqı xərci dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
FED.az xəbər verir ki, ötən il ölkənin 25 bankı əmək haqlarına 732 milyon 652 min manat sərf edib.
Bu 2021-ci illə müqayisədə 145,8 milyon manat və ya 24,8% artıqdır.
Xatırladaq ki, 2021-ci ildə bankların əmək haqqı xərcləri 586 milyon 874 min manat olmuşdu.
2022-ci ildə əmək haqqı xərclərinin faiz nisbətində ən çox artdığı bank «Turanbank» olub. Ötən il «Turanbank»ın maaş xərcləri 58%-ə yaxın və ya 5,3 milyon manat artıb.
«Rabitəbank»da maaş xərci 38%, «Bank Respublika»da 37%, «Yelo Bank» da isə 36,7% artıb.
Məbləğ ifadəsində ən çox maaş artımı «Kapitalbank»da baş verib – 38,3 milyon manat, Azərbaycanın ən böyük bankı olan «ABB Bank»da isə əmək haqqı xərcləri 26,8 milyon manat və ya 27% artıb.
Maraqlıdır ki, maaş xəclərinin artımı sürətinə görə, «Unibank» həm məbləğ, həm də artım sürətinə görə, «Paşa Bank»ı geridə qoyaraq 3-cü sıraya yüksəlib.
Ölkənin 2 bankında isə əmək haqqına ayrılan vəsaitlər azalıb. ASB bankda əmək haqqı xərcləri 220 min manat azalıb.
Ölkə bankları arasında əmək haqqı xərcinin ən kəskin azaldığı bank «BTB Bank» olub. Burada əmək haqqı xərcləri 1,6 milyon manat azalıb, başqa sözlə, bankın əmək haqqı büdcəsi 20% ixtisar edilib.