Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2021-ci ilin faiz dəhlizinə dair son iclasında açıqlama verdi ki ölkədə illik inflyasiya artıq ikirəqəmlidir və inflyasiya proqnozlarını yüksəltdi. İllik inflyasiya hətta 12%-ə qədər artacağı proqnozlaşdırılır.
Eləcə də bax: Azərbaycandakı əmanətçilərin banklardakı pulları “əridi”– REAL ZƏRƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, requlyatora görə, cari ildə yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.
İnflyasiya-ölkənin pul-kredit və maliyyə sisteminin (ödəməmə, dövlətin qeyri-məhsuldar xərcləri, kredit vermənin, vergi qoymanın və s. qeyri-səmərəli sistemi) funksiyalarının pozulması, struktur disproporsiyaları, ayrı-ayrı malların və xidmətlərin qiymət nisbətlərinin pozulması, həmçinin digər amillərin pozulması ilə əlaqədar olaraq, iqtisadiyyatda əmtəə və xidmətlərin qiymətlərinin artımı ilə müşahidə edilən, kağız pulların və nağdsız pul vəsaitlərinin qiymətdən düşməsidir.
Banker.az-ın dekabr ayı üzrə araşdırmasına görə, yerli banklardan illik depozit faizləri milli valyuta üçün maksimum olaraq beş bankda 11% olaraq müəyyən edilib.
Ölkənin əksər böyük bankları fiziki şəxslər üçün təklif etdikləri depozitlər üçün olan gəlirlər 4-9% arasında dəyişmədədir. Həmin böyük depozitlərin böyük hissəsi də məhz bu banklarda yerləşmişdir. Azərbaycan Mərkəzi Bankı isə bu inflyasiyanı cilovlamaq üçün son aylarda faiz artımına gedərək sentybra 0.25 baza bəndi artıraraq 6.5%-ə qaldırdı, oktyabrın sonu 7%-ə, sonuncu iclasda – cümə günü 7.25%-ə qədər yüksəltdi. Bu yüksəlmələrə rəğmən banklar fiziki şəxslər üçün təklif etdiyi depozitlər son bir ildə illik faizləri nəinki artıb, hətta enmişdir.
Bu da o deməkdir ki, banklarda əhalinin yerləşdirdiyi depozitlər nəinki gəlir gətirir, hətta öncəki ilə nisbətdə dəyər itirirlər.
Əmanətçilər bankları bir çox hallarda təhlükəsizlik və gəlirlilik baxımından seçirlər. Məsələn, bir şəxs banka 100 000 manatlıq 11% illik gəlirli depozit yerləşdiribsə, ilin sonuna o, 11 000 manatlıq gəlir əldə edə bilirlər.
Nominal faiz bazarda formalaşan və ya banklar tərəfindən müəyyən olunan faizdir. Real faizi nominal faizlə illik inflyasiya faizi fərqinə barəbərdir.
Mərkəzi Bankın yeniləmiş rəsmi rəqəmləri bunu deməyə əsas verir ki, əmanətminin real ifadədə dəyəri öncəki ildən minimal olaraq 11.4% ucuz olur, pulun alıcılıq qabiliyyəti aşağı düşür.
ƏHALİ BANKLARA PUL YERLƏŞDİRMƏKDƏ MARAQLIDIR
Bunlara rəğmən, əhali və şirkətlər noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 2.8 mlrd. manat, yaxud 29% artırıb. Bu barədə Mərkəzi bankın son açıqlmasında qeyd edilir.
2021-ci ilin 1 noyabr tarixinə isə fiziki şəxslərin depozitlərinin həcmi 8 milyard 887.4 milyon manat olub. Fiziki şəxslərin xarici valyutaya nisbətən gəlirlilik təklif etdiyi milli valyutadakı depozitləri isə ilin əvvəlindən bu günə qədər 25%-dən çox artıb. Xarici valyutada isə 3 milyard 844 milyon manat ekvivalentində olub, bu da 7.4% ilin əvvəlindən artım deməkdir.
Lakin, AMB son iclasda bunu da bildirib ki, kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir.