2025-ci il ərzində rəqəmsal bankçılıq xidmətlərindən istifadə göstəricilərində müsbət artım dinamikası müşahidə edilmişdir.
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 16,3% azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir.
Qeyd edilib ki, 01.01.2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 21 bank, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur. 2025-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1 mlrd. 60 mln. ədəd, həcmi isə 507.4 mlrd. manat təşkil etmişdir.
Aparılan köçürmələrin say üzrə 94.4%-i, həcm üzrə isə 82.5%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır.
2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14.3% artaraq 73 mlrd. manat olmuşdur.














