2025-ci ildə Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 65,4 milyard manat məbləğində 3 661 ədəd əqd bağlayıb.
Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 35,8 % və 2,7 % azdır.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 95%-i 1-3 günlük olub.










