Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 % artacağını gözləyir.
Bankların kreditləşmə siyasətinin yumşalması və kreditlərə tələbin artması davam edib - SORĞU
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Bildirilir ki, istehlak kreditlərin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 %, kartlarla kreditə olan tələbin 17 %, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 %, məişət kreditlərinə tələbin isə 8 % artacağı proqnozlaşdırılır.
Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 % artıb.
Həmçinin avto kreditlərə olan tələb 4 %, kartlarla kreditə olan tələb 8 %, əməkhaqqı ilə kreditlərə tələb 8 %, məişət kreditlərinə tələb isə 10 % artıb.(Report)