Banner

Maliyyə

Azərbaycan Banklar Assosiasiyası sahibkarlara seminar keçib

Azərbaycan Banklar Assosiasiyası sahibkarlara seminar keçib | FED.az
16:36 14 May 2019

“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində sahibkarlar üçün seminarlar təşkil edilib. FED.az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki,“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində 14 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə, “Accessbank” QSC-nin baş ofisində “Sahibkarlar üçün Rəqəmsal Maliyyə Texnologiyalarından istifadənin rolu və onlara gətirəcəyi üstünlüklər” mövzusunda seminar təşkil edilib. 

Eləcə də bax: Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub  

Görüşdə “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər”, "Rəqəmsal satış kanalları və e-commerce-in biznesin inkişafında rolu" və “Rəqəmsal maliyyə texnologiyalarının biznesdə rolu” mövzularında təlimlər keçirilmiş və bu istiqamətdə müzakirələr aparılmışdır.

Seminarda “Kapital Bank” ASC-nin, “Accessbank” QSC-nin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları təlimçi qismində çıxış ediblər. 

Digər xəbərlər

Banner