Azərbaycan Banklar Assosiasiyası (ABA) Dayanıqlı bankçılıq və maliyyə şəbəkəsinə (SBFN) qoşulub.
Azərbaycanda bank dələduzluğunun - NÖVBƏTI ÜSULU AŞKARLANIB: MÜŞTƏRILƏRIN NƏZƏRINƏ!
FED.az bu barədə SBFN-ə istinadən xəbər verir.
SBFN-in məlumatına əsasən, Azərbaycan Banklar Assosiasiyası üzvləri ölkənin 25 bankı, iki qeyri-bank kredit təşkilatı, iki proses mərkəzi və Azərbaycan kredit bürosundan ibarətdir.
Assosiasiya ABA-nın missiyasının bank qanunvericiliyini təkmilləşdirmək, beynəlxalq əlaqələri tənzimləmək və effektiv bank infrastrukturu yaratmaqla Azərbaycanda bank sektorunun dayanıqlı inkişafını və iqtisadi inkişafı dəstəkləməkdən ibarət olduğunu vurğulayıb.
"SBFN və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) dayanıqlı maliyyələşdirmə sisteminin hazırlanmasında irəliləyiş və digər maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət məqsədilə ABA-ya yardım göstərmək niyyətindədir. BMK İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə əməkdaşlıqda Avropada inteqrasiya edilmiş ekoloji, sosial və idarəetmə standartları vasitəsilə İnvestisiyaların təşviqi proqramını həyata keçirir", - məlumatda deyilir.
Qeyd edək ki, SBFN milli inkişaf prioritetləri, maliyyə bazarının dərinləşməsi və stabillik naminə dayanıqlı maliyyələşdirməyə yardım etməyə çalışan maliyyə sektoru tənzimləyicilərinin, mərkəzi bankların, maliyyə nazirliklərinin, ətraf mühitin mühafizəsi nazirliklərinin və inkişaf etməkdə olan bazarların sahə üzrə assosiasiyalarının könüllü birliyidir. (Trend)