Azərbaycan bank sektorunun nümayəndələri "Bank of New York Mellon"un yeni texnologiyaların tətbiqi sahəsində qabaqcıl təcrübəsi ilə tanış olub.
Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində görüş keçirib - FOTO
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycanın bankçılıq missiyası çərçivəsində yekun görüş Nyu-York şəhərində Bank of New York Mellon rəsmiləri ilə baş tutdu. Bankın baş icraçı vitse-prezidenti Hani Kablawi ilə görüşdə Azərbaycanın bankçılıq missiyası haqqında məlumat verdik və ikitərəfli əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi apardıq. Həmçinin missiya üzvləri ilə birgə Bankın Kiber, Texnologiya və Əməliyyatlar Mərkəzinə səfər edərək əsas fəaliyyət istiqamətləri və yeni texnologiyaların tətbiqi sahəsində qabaqcıl təcrübəsi ilə tanış olduq", - deyə o qeyd edib.