Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iki sənəd imzalanıb.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.
“Bu gün imzalanan sənədlərə əsasən, EBRD-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib. (Report)