2014-cü ildə 1.2 milyard dollar həcmində yerləşdirilən avrobondların qiyməti bahalaşıb. FED.az xəbər verir ki, bu barədə iqtisadçı Cəfər İbrahimli məlumat verib.
Bildirib ki, hazırda Azərbaycan avrobondları ən yüksək qiymətə - 1 050 dollara ticarət edilir.
Xatırladaq ki, 2015-ci ildə baş verən devalvasiyalardan sonra həmin qiymətli kağızların dəyəri 987 dollaradək ucuzlaşmışdı.
C.İbrahimlinin sözlərinə görə, son dönəmdəki qiymət artımı xarici bazarlarda həm dovlət, həm də özəl şirkətlərin avrobondlarına ciddi tələb oldugunu göstərir. Bununla Azərbaycan Avrobondları ən yüksək qiymətə çatib.
Azərbaycan avrobondları ən yüksək qiymətə çatdı
15:03
9 Yan 2018