Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də keçiriləcək "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında iştirak edəcək.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tədbiri ABŞ-Azərbaycan Ticarət Palatası təşkil edəcək.
Bundan başqa, nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarına qatılacaq, müxtəlif tədbirlərdə və AMB ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya institutlarının rəhbərliyi ilə ikitərəfli görüşlərdə iştirak edəcək.