Azərbaycan hökuməti 2021-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 layihə üzrə $415 milyon məbləğində kreditin cəlb olunmasını nəzərdə tutan kredit sazişləri imzalayıb.
Eləcə də bax: Aİ və Dünya Bankı Azərbaycanla bağlı saziş - İMZALAYIB
FED.az xəbər verir ki, bu barədə hökumətin 2021-ci ilə dair hesabatında deyilir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə $150 milyon məbləğində 2 kredit sazişi imzalamışdı.
“2021-ci ildə 2 layihənin maliyyələşdirilməsi üçün $415 milyon məbləğində kredit sazişləri (Dünya Bankı ilə Regional Yollar və İnkişaf Layihəsi üzrə $65 milyon məbləğində və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə COVID-19 infeksiyasının mənfi təsirlərinin azaldılması proqramı üzrə $350 milyon məbləğində) imzalanıb”, - deyə hesabatda qeyd olunur.
Ötən il Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsi üçün $9,45 milyon məbləğində qrant və texniki yardım alıb. 2020-ci ilin yekunları üzrə bu məbləğ $36,8 milyon təşkil edib. (İnterfaks-Azərbaycan)