"Azərbaycan Sənaye Korporasiyası"na məxsus olan “Azəralüminium” MMC-nin vəziyyəti məlum olub.
Azəralüminum tender - ELAN EDİR
FED.az şirkətin 2020-ci il üzrə mailyyə hesabatına istinadən xəbər verir ki, il ərzində şirkətin satışdan gəliri 172 milyon 821 min 145 manat, əməliyyat xərcləri isə 160 milyon 298 min 646 manat təşkil edib.
2019-cu illə müqayisədə şirkətin gəlirləri 15,3%, satış xərcləri isə 11% azalıb. Xatırladaq ki, 2019-da “Azəralüminium”un əsas əməliyyat gəlirləri 203 milyon 197 min manat, satışının maya dəyəri 179 milyon 812 min manat olmuşdu.
Gəlir və maya dəyərini nəzərə alanda 2020-ci ildə şirkətin «qross» mənfəəti 12 milyon 522 min manat olub.
Amma inzibati xərclər (4 151 min manat), satış və distribütor xərcləri (5 841 min manat) və maliyyə xərcləri (1 632 min manat) bu mənfəəti tamamilə «yeyib».
Nəticədə şirkətin əməliyyat mənfəəti 899 min manata düşüb. Əlavə 32 min maatlıq gəlirdən sonra isə vergidən əvvəlki mənfəət 931 min manat təşkil edib.
186 min manatlıq mənfəət vergisi də çıxıldıqdan sonra «Azeralümünium» 2020-ci ili 744,8 min manat xalis mənfəətlə başa vurub.
Bu - 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 dəfə az xalis mənfəət deməkdir. Belə ki, «Azəralüminium» MMC 2019-cu ili 2 milyon 222 min manat xalis mənfəətlə başa vurmuşdu.
2020-ci ilin sonunda şirkətin aktivləri 14,6 milyon manat və ya 4,3% azalaraq 325 milyon manat olub – bir il əvvəl 339 milyon manat idi.
Öhdəlikləri isə 15,4 milyon manat və ya 27,8% azalaraq 40 milyon manat olub – bir il əvvəl 53 milyon manat idi.
2020-ci ilin sonunda “Azəralüminium” MMC-nin aktivləri 744,8 min manat arataraq 285 milyon manata yüksəlib.