FED.az xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyinin direktoru Azər Mürsəqilov Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı qeyd edib ki, Maliyyə Nazirliyi Azərbaycanın daxili maliyyə bazarlarında dövlət istiqrazlarının ən iri emissiyasını edən qurumdur.
Onun sözlərinə görə, bu maliyyə alətlərinin emissiyası ölkənin investorları üçün sabit gəlirli və etibarlı investisiya imkanları yaratmaqla yanaşı, digər investisiya alətləri üçün istinad dərəcələri formalaşdırır və nəticədə daxili maliyyə bazarlarının dərinləşdirilməsinə və inkişaf etdirilməsinə töhfə verir.