Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, bu barədə müvafiq Sərəncam imzalanıb.
A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışıb və nazirliyin aparıcı fiqurlarından biri olub.
Qeyd edək ki, Azər Bayramov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.









