İşğaldan azad olunmuş ərzilərdə yeni mexanizm yaradılacaq.
FED.az xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O çıxışında qeyd edib ki, ötən dövr ərzində fond bu maxinizmi idarə etmək üçün bir platforma yaradır və banklar ilə danışıqlar aparır. İşğaldan azad olunmuş ərazilərdə yaradılacaq yeni mexanizmi 500 milyon kommersiya kredit portfelində, 150 milyon manat subsidiya ödənilməsi nəzərdə tutulub.
İşğaldan azad olunan ərazilər üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib, bununla da hər sahibkar 5 milyon manat kredit əldə edə bilər.
Kreditin maximal məbləği 5 milyon manat, müddəti isə 7 ilədək olacaq. İllik faiz dərəcəsi 15% təşkil edəcək və 10% bəndi fond tərəfindən subsidiyalaşdırılacaq. Fevral ayından etibarən mexanizm işə düşəcək.