Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 833 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyunun 20-si) ilə müqayisədə 2,3% və ya 19 mln. avro artıb.
Eləcə də bax: Avropa Bankının Azərbaycanda kreditləri və layihələri azalıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 88%-ni (736 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (66 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,4% artaraq 759 mln.avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3,603 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,5 %-i (3,117 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb. (Apa)