"Gömrük xidmətində işçilərə konvert paylanılmır"
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
"Mən bunu sadəcə təkzib etmirəm, məntiqlə izah edirəm. Çünki biz özümüz 17 nəfəri istintaqa təqdim etmişik. O adamlar orada deməz ki, bunlar elə özləri bizə paket verirdilər? Bu məntiq bizdə paket olmadığını aydın edir".