Avtoyuma məntəqəsi işlədən və əsas müştəriləri sərnişindaşıma şirkətləri olan vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilərmi?
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Qeyd olunanlara əsasən, fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq, Sizin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnuz olmadığından, 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsi, 102.1.30-cu və 218.5.10-cu maddələr
Eləcə də bax: Məzuniyyət ödənişlərindən vergi belə tutulacaq