Avrozonada istehlak qiymətləri fevralda illik müqayisədə 5,8% artıb.
Eləcə də bax: Aİ Rusiyanın 7 bankını - SWIFT-dən AYIRIR
FED.az xəbər verir ki, yanvar ayı ilə müqayisədə ötən ay illik inflyasiya 0,7 faiz bəndi sürətlənib. Ayrı-ayrı kateqoriyalara gəldikdə, istehlak səbətində illik müqayisədə ən çox enerji qiymətləri artıb (31,7%). Qalan qiymətlər isə orta dərəcədə artıb – qida, alkoqol və tütün məhsulları fevralda 4,1% bahalaşıb.
Qeyd edək ki, ilkin hesablamalara görə, fevralda ən yüksək illik inflyasiya Litvada (13,9%) və Estoniyada (12,4%), ən aşağı qiymət artımı isə Fransa (4,1%), Finlandiya (4,3%) və Maltada (4,3%) qeydə alınıb. (Apa)