ABŞ-ın ödəniş nəhəngləri Avropada yeni rəqiblə üzləşiblər: Avropanın yeni işə saldığı ödəniş sistemi «Wero» artıq bəzi istehlakçılar üçün əlçatandır.
Azərbaycanda Rusiyanın «Mir» kartları işləyə bilər
FED.az xəbər verir ki, «Wero» vahid rəqəmsal ödəniş xidməti göstərmək üçün 2021-ci ildə yaradılmış 16 Avropa bankı və maliyyə institutunun şəbəkəsi olan Avropa Ödənişlər Təşəbbüsünün (EPI) illərlə apardığı işin nəticəsidir.
Yeni rəqəmsal pul kisəsi indiyədək mövcud olan «Payconiq» və «iDEAL» sistemlərinə əsaslanır. Sistem, müştərilərə sadəcə telefon nömrəsindən istifadə edərək Avropadakı digər istifadəçilərə pul köçürməsinə imkan verir. Nəticədə artıq müştərilərə bu əməliyyatı aparmaq üçün IBAN - beynəlxalq bank hesabı kodu lazım deyil.
Artıq Belçikanın KBC bankı yeni sistemi öz müştərilərinə pulsuz təqdim edir. Bankın nümayəndəsi bildirib ki: “Beynəlxalq ödənişlər etmək imkanı ilə yanaşı, «Wero»nun əsas üstünlüklərindən biri də asanlıqla pul göndərmək və qəbul etmək sürətidir”.
Yeni sistemin yaradılmasının əhəmiyyəti Avropa İttifaqının nin 27 üzv dövlətindən 20-nin daxil olduğu avrozonada təkcə rəqəmsal ödənişləri asanlaşdırmaqda deyil. Hər şeydən əvvəl, bu, Avropanın maliyyə xidmətlərində strateji müstəqillik əldə etmək (yəni ABŞ-ın ödəniş sistemlərinin asılığığından üçün ) üçün çoxdankı istəyinə cavabdır.