2022-ci ildə Avropa ödənişlər məkanında "Avropa Ödənişlər Təşəbbüsü"(EPI – "European Payments Initiative") adlı layihənin icrasına başlanılacağı gözlənilir.
Eləcə də bax: Nağdsız ödənişlərin inkişafı üzrə fərqlənən banklar - Açıqlanıb
FED.az xəbər verir ki, layihə Avropadakı istehlakçılar və pərakəndə satıcılar üçün vahid ödəmə həllini yaratmağı hədəfləyir.
EPI özündə ən populyar alətləri – ödəmə kartlarını və rəqəmsal cüzdanları birləşdirəcək ki, bunun köməyi ilə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq.
Bu addım Avropada və bütün Avropa İttifaqında nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. EPI yaradıcıları hesab edirlər ki, bu təşəbbüs "Visa"və "Mastercard", eləcə də sürətlə populyarlaşan "Apple Pay"və Çin ödəmə şəbəkələrinin mövqelərini zəiflədəcək. (Apa)