Qlobal bazarlar Avropa Mərkəzi Bankının (AMB) faiz qərarına fokuslanıb.
Eləcə də bax: Avropa Bankının Azərbaycanda kreditləri və layihələri azalıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, AMB faiz qərarını Bakı vaxtı ilə saat 16:15-də açıqlayacaq. AMB-nin 10 ildən artıq müddətdə ilk dəfə faiz dərəcələrini artıracağı gözlənilir.
Avropa Mərkəzi Bankının depozit faizini mənfi 0,50%-dən mənfi 0,25%-ə dəyişəcəyi proqnozlaşdırılır.
Bakı vaxtı ilə saat 16:45-də AMB sədrinin mətbuat konfransı başlayacaq.
Avropa Mərkəzi Bankı faiz artırarsa Avronun bahalaşmasının sürətlənəcəyi gözlənilir. (Marja)