Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0 % səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qurum həmçinin depozit faizlərini -0,5 %, marjinal borcvermə faizini isə 0,25 % səviyyəsində təsdiqləyib.