Avropa Mərkəzi Bankı "rəqəmsal avro"nun yaradılmasını ciddi şəkildə nəzərdən keçirir.
Eləcə də bax: BVF pandemiyanın Avropa iqtisadiyyatına necə təsir edəcəyini - Açıqlayıb
FED.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard deyib.
Beynəlxalq Valyuta Fondunun təşkil etdiyi onlayn görüşdə K. Laqard təmsil etdiyi qurumun rəqəmsal Avropaya ciddi şəkildə baxdığını söyləyib. Onun sözlərinə görə, COVID-19 pandemiyası bir çox struktur dəyişikliyinə səbəb olub. Nəticədə, rəqəmsal ödənişlər, xüsusən də əvvəllər əsginasların üstünlük təşkil etdiyi Almaniya və İtaliya kimi ölkələrdə əhəmiyyətli dərəcədə artıb.
Laqard pandemiyanın elektron ticarətin artımı ilə yanaşı rəqəmli ödənişlərə inamın artırdığını da qeyd edib: "“Rəqəmsal avro” heç vaxt nağd pulu əvəz etməyəcək. Bu, fiziki ödənişlərə əlavə və qismən əvəzetmə kimi qəbul edilə bilər". (Apa)