Avropa Mərkəzi Bankı (AMB, ECB) iyun iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişiklik etməyib.
Eləcə də bax: Avrozonada rekord inflyasiya - QEYDƏ ALINIB
FED.az xəbər verir ki, ECB əsas faiz dərəcəsini 0 faiz, marjinal maliyyələşdirmə imkanını 0,25 faiz və depozit dərəcəsini mənfi 0,50 faiz səviyyəsində saxlayıb.
ECB sədri Christine Lagarde tərəfindən bu gün keçiriləcək mətbuat konfransında ilk faiz artımının vaxtı ilə bağlı siqnallar axtarılacaq.
Qlobal miqyasda bir çox mərkəzi banklar, xüsusilə ABŞ Mərkəzi Bankı (FED) və İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini artırmağa başladığından, ECB-nin sərt pul siyasətinə nə vaxt başlayacağı maraq doğurur.
Bank bu il və gələn il üçün inflyasiya proqnozlarını artırıb. Müvafiq olaraq, 2022-ci il üçün inflyasiya proqnozu 5,1 faizdən 6,8 faizə, 2023-cü il üçün proqnoz 2,1 faizdən 3,5 faizə, 2024-cü il üçün proqnoz isə 1,9 faizdən 2,1 faizə yüksəldilib. (Marja)