Avropa Mərkəzi Bankı (ECB, AMB) Rusiya-Ukrayna müharibəsinin onsuz da artan qiymətləri daha da artırdığı bir şəraitdə faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib.
Eləcə də bax: Neftin bahalaşmasının Azərbaycana daha bir faydası - Kredit Reytinqi Yüksələcək
FED.az xəbər verir ki, AMB əsas yenidən maliyyələşdirmə faizini 0%, marjinal maliyyələşdirmə imkanını 0,25% və depozit faizini mənfi 0,50% səviyyəsində saxlayıb.
İqtisadçılar faiz dərəcələrinin sabit qalacağını gözləyirdilər.
Rusiyanın Ukraynaya hücumundan sonra AMB daha əvvəl elan etdiyindən daha erkən təşviqləri dayandırmaq qərarına gəlib.
AMB Aktivlərin Alınması Proqramının (APP) həcmini apreldə 40 milyard avroya, mayda 30 milyard avroya və iyunda 20 milyard avroya endirmək qərarına gəlib. Bank, səlahiyyətlilərin üçüncü rübdə proqramı tamamilə dayandırmaq barədə qərar verə biləcəyini qeyd edib.
Aktiv (qiymətli kağız) alış proqramının tamamlanmasından sonra faizin artırılmasına başlanacağı gözlənilir. (Marja)