Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini 0,25 faiz bəndi artırıb.
Azərbaycan Mərkəzi Bankı "əyləci" sıxdı - UÇOT DƏRƏCƏSİNİ ARTIRDI
FED.az xəbər verir ki, Bank depozit dərəcəsini 3,25%-ə yüksəldib. Pul siyasəti dərəcəsini isə 3,50%-dən 3,75%-ə yüksəldilib. Kreditləşmə dərəcəsi 4%-ə yüksəldilib.
İqtisadçıların gözləntiləri faiz dərəcələrinin 0,25 bənd artırılacağı idi.
Qeyd edək ki, dünən ABŞ Mərkəzi Bankı (FED) də faizini 0,25 bənd artıraraq 5% -5.25% aralığına çatdırıb.
Qlobal mərkəzi banklar da hədəflərindən çox yüksək səviyyələrdə olan inflyasiyanı cilovlamaq üçün faizlərini artırırlar. Bazarlarda faizlərin daha çox artırılmasının iqtisadi tənəzzülə səbəb olacağı gözləntiləri güclənib. (Marja)