Avropa Şurasının rəhbəri Çarlz Mişel Twitter-də bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın bankı "Sberbank"ın məlumat ötürülməsi və SWIFT ödənişlərinin həyata keçirilməsi üçün banklararası sistemdən çıxarılması barədə razılığa gəliblər.
Eləcə də bax: Borrel: Rusiyanın daha bir neçə bankı - SWIFT-dən ÇIXARILACAQ
FED.az xəbər verir ki, Bloomberg aprelin sonunda yazmışdı ki, Almaniya "Sberbank"a qarşı sərt sanksiyaların tətbiqinə, o cümlədən SWIFT-dən ayrılma məsələsinə qarşı çıxıb. Berlin bu tədbirlərin enerji ilə bağlı maliyyə əməliyyatlarına mane olacağından qorxurdu, lakin Almaniya hakimiyyəti daha sonra alternativ yolu tapıb. Bu səbəbdən Berlin "Sberbank"a qarşı sərt sanksiyalara və Rusiya istehsalı olan neftin idxalına mərhələli qadağaya razılıq vermək qərarına gəlib. (Marja)