Avropa İttifaqı Ermənistana 14,2 milyon avro qrant verib.
FED.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın müşaviri Mane Adamyan bildirib.
Onun sözlərinə görə, bu məbləğin 6 milyon avrosu baş nazirin müavininin ofisi tərəfindən pandemiyanın nəticələrinin aradan qaldırılmasının reallaşmasına və ölkənin sosial-iqtisadi dayanıqlılığının güclənməsinə yönəldiləcək. O qeyd edib ki, bu, ikitərəfli qrantlar proqramı çərçivəsində köçürülən sonuncu tranşdır.
Avropa İttifaqı sözügedən layihə çərçivəsində son iki ildə Ermənistana 30 milyon avro ayırıb. (Report)