Hazırda Avropa Mərkəzi Bankının uçot dərəcəsinin artımı ciddi şəkildə məhdudlaşa bilər, çünki bu göstərici «tavan»a yaxınlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə AMB-nin İdarəçilər Şurasının üzvü Yannis Sturnaras bildirib.
Onnu sözlərinə görə, qarşıdakı toplantılarda Avropa Bankının rəhbərliyi maksimum ehtiyatlı olmalıdır.
Bankın faiz dərəcəsi ilə bağlı qərarlarına müxtəlif xarici və daxili faktorlar təsir edəcək. Bunların arasında əsas göstərici inflyasiyadır. 2022-ci ilin oktyabrında maksimum dərəcəyə – 10%-ə çatdıqdan sonra hazırda Avropa Birliyində inflyasiyanın artımı dayanıb.
Qarşıdakı dövrdə is istehlak qiymətləri indeksi azalacaq – deyə ekspert bildirib.
«Avropa Bankının direktiv qurumları ehtiyatlı olmalı və faiz dərəcəsi ilə bağlı növbəti qərarların qəbulunda iri və kiçik addmmlardan çəkinməlidirlər. İstənilən qərar məlumatlar əsasında verilməlidir, çünki biz maksimum dərəcəyə, «tavan»a yaxınlaşmışıq, mən demirəm çatmışıq, amma yaxınlaşmışıq»- deyə Sturnaras bildirib.
Xatırladaq ki, Avropa Mərkəzi Bfevralın 3-də uçot dərəcəsini daha 50 bazis dərəcəsi qədər artıraraq 3%-ə çatdırıb. Bu qərar avrozonada inflyasiya ilə mübarizə üçün qəbul edilmişdi. Martın 16-da isə Bank rəhbərliyi bu göstəricini bir qədər də – 0,5% artıraraq, 3,5%-ə çatdırmağı qərara alıblar. Bu zaman bankın rəhbərliyi bəyan edib ki, avrozonada inflyasiya hələ uzun müddət yüksək olaraq qalacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür