Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında Kredit Sazişi imzalanıb.
AYİB Azərbaycanın gəmiçilik şirkətinə 42 milyon ABŞ dolları məbləğində - KREDİT VERİR
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ölkəmizin uğurlu əməkdaşlığı çərçivəsində AYİB və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında Kredit Sazişi imzalandı.
Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək", - nazir qeyd edib.