Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu azaldıb.
Eləcə də bax: Avropa Bankı Azərbaycanın iqtisadi artım proqnozunu - YAXŞILAŞDIRIB
FED.az xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının may sayında bildirilir.
Sənədə əsasən, bu il Azərbaycanda iqtisadi artımın 4,5 % olması gözlənilir ki, bu da martda verilmiş proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.
EBRD gələn il isə Azərbaycanda ÜDM-in 2,5 % artacağını proqnozlaşdırır. Bu isə, əvvəlki proqnozla eynidir. (Report)