Bu ilin noyabr ayının sonuna olan vəziyyətə görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr portfeli 906 milyon avro təşkil edir və ümumilikdə 34 layihəni əhatə edir.
FED.az xəbər verir ki, bankın bu layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 695 milyon avro qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faizdir.
AYİB-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarən bank ölkə iqtisadiyyatına ümumilikdə 3 milyard 678 milyon avro investisiya qoyub. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3 milyard 418 milyon avro təşkil edir.
Bu günədək AYİB Azərbaycanda 199 layihənin gerçəkləşməsinə dəstək olub. (Trend)










