Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı kredit portfeli 1,082 milyard avro təşkil edib.
Avropa Bankı Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına kredit ayırıb
FED.az xəbər verir ki, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 30 milyon avro və yaxud 2,85 % çoxdur.
Yanvarda EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 33-dən 34-də çatıb.
Portfelin 92 %-i və yaxud 995 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 5 %-i və yaxud 54 milyon avrosu korporativ sektora, 3 %-i və yaxud 33 milyon avrosu isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə EBRD Azərbaycana 196 layihə çərçivəsində 4,059 milyard avrodan çox investisiya yatırıb.
Bu il yanvarın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin məbləği ötən il dekabrın 31-nə nisbətən 0,4 % və yaxud 3 milyon avro azalaraq 751 milyon avro təşkil edib.
2024-cü ildə EBRD Azərbaycanda 8 layihəyə ümumilikdə 199 milyon avro kredit verib. Bu, 2023-cü illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur. Bank əvvəlki il iki layihəni maliyyələşdirib. (Report)