Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ən böyük gön-dəri və emal edilmiş dəri istehsalçısı və ixracçısı olan olan RER Modern Hides LLC şirkətinə 2 milyon dollar kredit ayırıb
FED.az xəbər verir ki, bu kredit kiçik və orta müəssisələrin dəstəklənməsi proqramı çərçivəsində, yeni istehsal müəssisəsinin tikintisi üçün ayrılıb.
Avropa Bankı bildirir ki, 2013-cü ildə əsası qoyulan və o vaxtdan genişlənən şirkət müəsir istehsal qurmaq niyyətindədir. Bu da istehsal edilən dərinin keyfiyyətini yüksəltməyə, məhsul çeşidini artırmağa imkan verəcək. AYİB-in krediti həm də yeni avadanlığın alınması üçün istifadə ediləcək.
Şirkət Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərir.
Maraqlıdır ki, Avropa Bankının bu krediti manatla verilib. Bir qayda olaraq AYİB-in bu kreditləri avadanlıq alınması, iri alqı-satqılar və investisiya, eləcə də modernləşdirilmə və biznesin genişləndirilməsi məqsədilə ayrılır. İndiyədək bu proqram çərçivəsində AYİB-dən ümumilikdə minədək şirkət belə kredit alıb.
Qeyd edək ki, AYİB – Azərbaycan iqtisadiyyatı üçün mühüm institutsional investordur. İndiyədək Bank ölkəmizdə 175 layihəyə 3,2 milyard avro yatırıb.
Qeyd edək ki, AYİB - 3 qitədə yerləşən 38 ölkədə özəl sektorun və sahibkarlığın inkişafına dəstək verir. Bank 69 ölkəyə məxsusdur.