Azərbayan Mərkəzi Bankı iyulun 6-sı üzrə xarici valyutaların rəsmi məzənnələrini açıqlayıb.
Eləcə də bax: Rusiyada dollar kəskin bahalaşdı – SON VƏZİYYƏT
Azərbayan Mərkəzi Bankı iyulun 6-sı üzrə xarici valyutaların rəsmi məzənnələrini açıqlayıb.
FED.az xəbər verir ki, AMB-nin 1 avro üçün bu günə təyin etdiyi məzənnə 1,7419 manatdır. Dünən isə bu göstərici 1,774 manat idi.
Beləliklə, Azərbaycanda avronun məzənnəsi son 6 ildə ən aşağı həddə düşüb.
FED.az xatırladır ki, sonnuncu dəfə avronun bundan aşağı məzənnəsi 6 il əvvəl, devalvasiyadan bir qədər sonra – 2016-cı ilin iyulunda qeydə alınıb – 1,7338 manat.
O vaxtdan indiyədək avronun ən yüksək məbləği 2018-ciilin dekabrında qeydə alınıb – 2,1335 manat.
Son bir ildə Azərbaycanda avro 13,6% ucuzlaşıb. 2021-ci ilin iyunlun əvvəlində 1 avro 2,0184 manat təşkil edib.
2021-ci ilin solnunda isə 1 avro 1,9265 manat idi. İlin əvvəlindən indiyədək avronun məzənnəsi 9,6% azalıb.
Azərbaycanda avronun məzənnəsinin aşağı düşməsi onun dollar qarşısında zəifləməsi ilə bağlıdır. Azərbaycan manatı ABŞ dolları ilə dəyişməz məzənnə ilə bağlındığına görə, digər valyutaların dollar qarşısında dəyişməsi eyni qayda ilə manatla münasibətlərdə də özünü göstərir.
Əvəzində bu dəyişiklikdən Azərbayanda Avropadan mal və məhsul idxal edənlər, Avropya səyahətə və ya təhsilə gedənlər, eləcə də Avropaya sərmayə yatıranlar faydalana bilərlər.
Belə ki, dəyişiklikləri nəzərə alanda ötən ilin eyni dövründə 1 milyon avro 2 milyon 113 min manat, 2022-ci ilin əvvəlində 1 milyon 926 min manat idisə, hazırda bu rəqəm 1 milyon 742 min manat təşkil edir.