Avrozona və Almaniyanın müsbət tendensiya nümayiş etdirən makroiqtisadi statistikaları fonunda avronun dollara nisbətdə məzənnəsi yüksəlir.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi 1.0868 dollardan 1.0883 dollaradək bahalaşıb.
Dolların yen qarşısında məzənnəsi 130,66 yendən 130,26 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,16% azalaraq 101,97 bənd təşkil edib.
19 avrozona ölkəsinin istehsal və xidmət sektorunda işgüzar aktivliyi indeksi (PMI), ilkin hesablamalara görə, bir ay əvvəlki 49,3 bənddən 49,8 bəndədək yüksəlib. (Marja)