Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb.
Eləcə də bax: Manat avroya nisbətən möhkəmlənir - Qiymətlərə Təsiri Olacaqmı?
FED.az xəbər verir ki, birjalarda 1 avro 0,99 dollara bərabər olub ki, bu da ötən günlə müqayisədə 0,4 faiz azdır.
Bu, 2002-ci ilin dekabrından bu günədək avronun ən ucuz göstəricisi olub. Ümumilikdə, 2022-ci il ərzində avro 10 faizdən çox dəyər itirib.
Qeyd edək ki, avro bir sıra Avropa ölkəsində vahid valyuta qismində 2002-ci il yanvarın 1-də dövriyyəyə buraxılıb. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.