Cümə axşamı AMB-nin gələn il üçün proqnozlarını aşağı salması və monetar siyasətini daha da yumşaldılmasına dair verdiyi açıqlama, FED-in də eyni addımları atacağı ehtimallarını artırmışdır. Nəticədə dollar üzərində təzyiqlər yenidən artaraq onun ucuzlaşmasına səbəb olmuşdur.
EUR/USD YENİ MAKSİMUMLARDA
1.2050 hədlərinə qədər ucuzlaşan EUR/USD cütlüyü burada dəstək görərək, Amerika və Asiya sessiyaları ərzində yenidən 1.2150 hədlərinə qədər bahalaşıb. Təhlillərə əsasən, 1.2174 həddi qırılarsa, növbəti hədəflər 1.2241 və 1.2334 hədləri ola bilər.
FUNTDA BAHALAŞMA MEYLLƏRİ ÇOXALIR
Dollara təzyiqlərin artması ilə funt dünya birjalarında yenidən bahalaşmağa başlayıb. 1.3333 həddi qırılarsa, artımlar 1.3411 və 1.3477 hədlərinə qədər davam edə bilər.
LİRƏ DOLLAR QARŞISINDA BAHALAŞIR
7.92 hədlərində müqavimətlə qarşılaşan USD/TRY cütlüyü ucuzlaşmışdır. Lirənin dollar qarışısında bahalaşmasının əsas səbəbi, TCMB-nin 24 dekabr toplantısında növbəti faiz artımına getməsi ehtimallarıdır. Təhlillərə əsasən, 7.8546 səviyyəsi qırılarsa, növbəti hədəfləri 7.8094 və 7.7482TL səviyyələri ola bilər
Qeyd etmək lazımdır ki, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı gözlənilir. Həmçinin saat 17:30-da ABŞ-dan sənaye sektoru inflyasiya göstəriciləri dərc olunacaqdır.